Azərbaycanda saxlanılan şəxs polis şöbəsində öldü - Təfərrüat
Minval.info // DİN-in mətbuat xidmətinin Gəncə Regional qrupu Goranboy Polis Şöbəsində baş vermiş ölüm hadisəsi barədə açıqlama verib.
Məlumatda bildirilib ki, axşam saat 20:30 radələrində Goranboy rayon sakini, 1956-cı il təvəllüdlü Yolçiyev İlham Zakir oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olan zaman (ailəsi ilə birgə), uzaq görən işıq vurma qaydalarını düzgün istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücünün sərxoş olduğu da məlum olub və polis əməkdaşları tərəfindən Goranboy Rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib və sonra buraxılıb. İ.Yolçiyev şöbənin həyətinə çıxan zaman anidən halı pisləşib. Oraya dərhal təcili tibbi yardım briqadası çağırılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan zaman yolda ürək tutmasından ölüb.
“Ailəsi də (həyat yoldaşı, qızı və oğlu) orada olub və onlar polisdən şikayətçi olmadıqlarını, İ.Yolçiyevin ailəsində irsi olaraq ürək xəstəliyi olduğunu deyiblər”, – məlumatda bildirilib.
Hazırda faktla bağlı Goranboy Prokuroluğunda araşdırma aparılır.
“Report”un əldə etdiyi məlumata görə, vəfat edən İlham Yolçiyev Goranbay rayonu, Elxan Məmmədov adına Goranlı kənd orta məktəbinin direktor müavini olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bayıldakı sürüşmə - VİDEO
“2 ay əvvəl də bıçaqlanmışam” - Füzulidə döyülən həkim
Marketdə qadının çantasını oğurlayan şəxs tutulub - FOTO
Məktəbli qızı şillələyən şəxs küçədə başqa qızları da vurubmuş - VİDEO
Ev həyətdəki maşınla birgə yandı
Aeroport yolunda ağır qəza - Taksi avtobusla toqquşdu - ANBAAN VİDEO
Ordudan tərxis olunmaq istəyən rəisi aldadıb 10 minini alıblar