Azərbaycanda sağalanların plazması yoluxanlara köçürüləcək
“Azərbaycanda bütün müalicə protokollarından istifadə etmək üçün imkan var”.
“Minval.info”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, koronavirusdan sağalmış şəxslərdən plazma ayrılaraq xəstə insanlara tətbiq edilməsinə gələn həftədən başlanılacaq: “Sağalan insanın plazmasında “COVİD-19”a qarşı anticisimlər olur. Həmin şəxslərin yan xəstəlikləri yoxdursa, onların plazmasını ağır xəstələrə, süni tənəffüs aparatına qoşulanlara köçürmək olar.
Biz bu məsələni müzakirə edirik. Bu gün bura gəlmədən öncə Səhiyyə nazirinin müavini Viktor Qasımovla müzakirə apardıq. Qərar verildikdən sonra gələn həftə başlaya bilərik. Öncə sağalan xəstələrin dəvət olunması proseduru hazırlanacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?