Azərbaycanda rekord istilər: Sabah 42 dərəcə gözlənilir!
Azərbaycanda avqustun 9-da hava şəraitinin çox isti keçəcəyi proqnozlaşdırılır. Ölkə ərazisində temperaturun 42 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
Minval.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti hakim olacaq və cənub-şərq küləyi əsəcək. Gecə saatlarında temperaturun 22-26° arasında dəyişəcəyi, gündüz isə 34-39°-yə çatacağı bildirilir. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Ölkənin digər bölgələrində də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə günorta saatlarından başlayaraq qısamüddətli yağış və şimşək çaxması ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək. Gecə temperaturu 22-27°, gündüz isə 35-39°, bəzi yerlərdə 40°-yə qədər yüksələcək. Dağlıq ərazilərdə isə gecə 15-20°, gündüz 25-30° isti olacaq.
ƏLAQƏLİ
Bakıdakı Məhəmməd Xiyabani küçəsində evlər işarələnib, yeni yol layihəsi hazırlanır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səlim Müslümov Milli Aviasiya Akademiyasında dərs deyir
Qarabağ Universiteti müəllimin həbsi ilə bağlı açıqlama yayıb
Əvəz Zeynallının dəfn mərasiminin vaxtı və yeri açıqlandı
Bakıda yeni avtomobil tunelinin tikintisi planlaşdırılır
Bakıda Məhəmməd Xiyabani küçəsində yeni tunel inşa ediləcək
Şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub