Azərbaycanda ər-arvad bir-birini bıçaqladılar
Astara şəhərində ər və arvad arasında bıçaqlaşma olub.
“Report”un məlumatına görə, hadisə 1981-ci il təvəllüdlü Astara rayonu Şahağacı kənd sakini Yeganə İltifat qızı Hüseynova və onunla qeyri-rəsmi nikahda olan, 1986-cı il təvəllüdlü Təngərüd kənd sakini Hüseynov Kamin Kazım oğlunun “Qum” küçəsində kirayədə qaldıqları evdə baş verib.
Aralarında yaranan şəxsi münaqişə zamanı Y.Hüseynova meyvə qabındakı bıçaqla K.Hüseynovun boyun nahiyəsinə xəsarət yetirib. Ardınca K.Hüseynov bıçağı onun əlindən alaraq qadına 4 zərbə endirib. Hadisə zamanı evdə Y.Hüseynovanın əvvəlki nikahdan olan yeniyetmə qızı olub. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi