Azərbaycanda qızıl axtardılar, qədim abidə çıxdı –
Tovuzda naməlum şəxslər dağın ətəyində qazıntı işləri aparıblar. Qazıntının qızıl tapmaq məqsədilə aparıldığı iddia edilir. Lakin qazıntılar zamanı daha dəyərli hesab edilə biləcək materiallar tapılıb.
Xezerxeber.az-ın məlumatına görə, həmin ərazidə Qafqaz Albaniyası dövrünə aid qəbir daşları, qədim quyular və şəhərcik qalıqları aşkar edilib. Dağətəyi ərazidə alban mədəniyyətinə aid bir çox abidənin izləri də var.
Söhbət Tovuz rayonunun Məşədilər kəndindən gedir. Yerli sakinlərin sözlərinə görə, bu ərazi qədim yaşayış məskəni olub. Qəbir daşları olduğu güman edilən sal daşlarının üzərində ucları yarpağa oxşayan xaç işarələri həkk edilib. Bu cür xaçlar isə qədim alban mədəniyyətində mövcud olub. Dağın ucqar hissəsində, sıldırımlı qayaların arasında şəhərcik də yerləşib.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Sakinlərin sözlərinə görə, 1980-ci ildən 1988-ci ilə kimi ermənilər üzdə olan bu cür abidələrin üzərindəki xaçların formasını dəyişməyə cəhd ediblər. Lakin sakinlər bu məkrli addımı anlayaraq bu cəhdin qarşısını alıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir