Azərbaycanda "qar adamı" axtaran rusiyalı alim: "Onlar yadplanetli mənşəlidirlər"
1970-ci illərdə ekspedisiya ilə Azərbaycanda “qar adamı” (yet) axtarışı ilə məşğul olan rusiyalı alim, kriptozoologiyanın əfsanəsi sayılan elmlər namizədi İqor Burtsevmüəyyən edib ki, indiki Qazaxıstan ərazisində yetlər xüsusi şəraitdə yaşayırlar. Alimin sözlərinə görə, burada bəzi kəndlilər yetləri qidalandırır, hətta onları qoruyurlar.
“Report” xəbər verir ki, Beynəlxalq Qominologiya Mərkəzinin rəhbəri İ.Burtsev bunları “Express-k.kz” nəşrinə müsahibəsində deyib.
Hazırda 68 yaşı olan İ.Burnsev Sovet dönəmində “qar adamı” axtarışı ilə dünyanın yarısını gəzib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
SSRİ-də “qar adamı”nı ilk olaraq professor Boris Porşnev araşdımağa başlayıb. O, bu tip varlıqlara çox qədim qominoid adı verib. Professorun işini İ.Burtsev davam etdirib. 1965-ci ildə o, həyat yoldaşı ilə birgə Kabardin-Balkarda, 1970-ci ildə isə Azərbaycanda yet axtarışı üzrə ekspedisiyada iştirak edib. Ardınca Yəmən, Abxaziya, Tacikistan və ABŞ-a ekspedisiyalar təşkil olunub.

O, müsahibəsində Qazaxıstanda “qar adamları”nın yerli əhali ilə əlaqədə olduğunu bildirib:
“Məsələn, Qırğızıstanla sərhəddə yerləşən Jambıl vilayətində kənd var, orada yerli sakin müntəzəm olaraq yetlə görüşür. O, yeti qidalandırır. Talqarda da belə adamlar var”.
Rusiyalı alim jurnalistin “onlar dərrakəlidirlərmi?” sualına isə belə cavab verib:
“Nəinki dərrakəlidirlər, hətta onların öz yazıları da var. Onlar Runik yazıları ilə ünsiyyət saxlayırlar. Bir də ağacdan qırdıqları budaqlarla bir-birlərinə mesaj ötürürlər. Kəndlilər onları “kiіk-adam” adlandırırlar, yəni sayqak-adam (antilop qrupuna mənsub ceyranaoxşar heyvan – red.). O həmin Talqarda sakinlərdən biri onların yazı qaydalarını mənimsəyib və “qar adamları” ilə runiklərin köməkliyi ilə yazışır”.
İqor Burtsev söhbət əsnasında “qar adamları”nın mövcudluğuna dair əlində kifayət qədər dəlil və sübutların olduğunu diqqətə çatdırıb.
Sonda jurnalistin “qar adamları” kimdirlər sualını alim bu cür cavablandırıb:
– Mənə elə gəlir ki, onların mənşəyi yadplanetlilərə gedib çıxır. Bu çox ciddi məsələdir. Mən yarım əsr bütün versiyaları araşdırdıqdan sonra bu qənaətə gəlmişəm.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar