Azərbaycanda qəribə hadisə: "Bunu naməlum qüvvələr edir..." - FOTO
Cəlilabadda bir ev dördüncü dəfə müəmmalı şəkildə yanıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Bədirli kəndində Zakir Əliyevə məxsus evdə baş verib.
Ev sahibinin sözlərinə görə, yataq otağından başlayan yanğın tez bir zamanda bütün evi bürüyüb. Yanğının şiddətləndiyini görən ailə dərhal evi tərk edib və xəsarətsiz xilas ola biliblər.
Hadisə yerinə iki yanğınsöndürən maşın çağırılsa da evin əksər hissəsi tamamilə yanıb. Hadisənin maraqlı məqamı isə evin artıq 4-cü dəfə yandırılmasıdır.

Ailə üzvlərinin sözlərinə görə, yanğın əvvəllər də yorğan-döşəklərdə müşahidə olunub. Ən maraqlısı isə bu hadisə ancaq həftənin bazar günləri müşahidə olunur. Kənd sakinləri də evin naməlum qüvvələr tərəfindən yandırıldığını iddia edirlər.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Artıq müvafiq qurumlar yanğın yerindən analiz üçün nümünələr götürüblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026