Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq
Yasamal qəbiristanlığındakı məzarlar haqqında sistemli məlumatların yerləşdirildiyi sayt yaradıla bilər.
Bu barədə Oxu.Az-a Yasamal Bələdiyyəsindən məlumat verilib.
Qeyd olunub ki, yəhudi icmaları bununla bağlı danışıq aparmaq üçün müraciət ediblər:
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
“Onlarla danışıqlar zamanı belə bir fikir ortaya çıxdı ki, Yasamal qəbiristanlığındakı yəhudi qəbirlərinin şəkilləri çəkilsin və müvafiq saytda yerləşdirilsin. Məlumatlarda məzar daşı, dəfn olunduğu ölkə və şəhər qeyd ediləcək. Ölən şəxsin yaxınları dünyanın istənilən yerindən həmin sayta daxil olaraq məzarın harada yerləşdiyini öyrənə biləcək”.
Bələdiyyədən bildirilib ki, azərbaycanlıların məzarları ilə də bağlı məlumatlar toplanaraq bənzər sistem yaradıla bilər:
“Gələcəkdə belə bir sistemin gerçəkləşməsi mümkün ola bilər. Qəbirlər dövlət reyestrinə salınacaq. Lakin biz məzar daşını, şəkli deyil, sadəcə, mərhum haqqındakı məlumatları (ad, soyad, doğum və ölüm tarixi) sistemli şəkildə sayta yerləşdirə bilərik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir