Azərbaycanda polis idarədə bıçaqlandı
Daxili İşlər Nazirliyi (DİN) Şirvan şəhərində Mənzil Kommunal İstismar Sahəsi İdarəsində polisin bıçaqlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Minval.info-nun məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən hadisə noyabrın 26-da baş verib:
“Xuliqanlıq hərəkətləri edən Xəqani Əliyev hadisə zamanı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq – bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi açılıb”.
“Şirvan Şəhər Məhkəməsinin qərarı ilə X.Əliyev barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib, cinayət işi üzrə araşdırmalar davam etdirilir”, – deyə o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Balakəndə ata Rusiyadan qayıdan oğlunu güllələdi
Bakıda qadına qarşı əxlaqsızlıq - Xalaoğlanları həbs edildi - FOTOLAR
Sosial şəbəkələrdə “patı” satan 9 nəfər saxlanıldı (FOTO/VİDEO)
Bakıda şok hadisə: 2 bacını zorladılar
“İstəyirsən pul qazanasan, cinayət törədirsən” – VİDEO
Qazaxda doqquzuncu sinif şagirdi məktəb yoldaşını bıçaqladı