Azərbaycanda oğul qaraciyərinin 68 faizini anasına köçürdü: Anamın xəbəri yoxdur
Azərbaycanda müəllimin qaraciyərinin böyük hissəsi anasına köçürülüb.
Minval.info-nun “Report”a istinadən məlumatına görə, Heydər Əliyev Fondunun maddi dəstəyi ilə həyata keçirilən əməliyyat Bakıdakı xəstəxanalardan birində baş tutub.
Belə ki, Gəncə şəhərində yerləşən 26 saylı məktəb-liseyin fiziki tərbiyə müəllimi, 1991-ci il təvəllüdlü Murad Məmmədovun qaraciyərinin 68 faizi 1951-ci il təvəllüdlü anası Mahirə Məmmədovaya köçürülüb.
Onun sözlərinə görə, anası uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirmiş və müalicəsi üçün donora ehtiyac olub: “Anam uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir. Biz də donor tapa bilmirdik. Əvvəlcə kiçik qardaşım donor olmaq istəyirdi. Amma mən onu qoymadım, özüm donor olmağı düşündüm. Mən bununla bağlı Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə müraciət edərək maddi dəstək istədim. Nəhayət, Fondun dəstəyi ilə mənim qaraciyərimin 68 faizi anama köçürüldü. Əməliyyat iyunun 19-da baş tutdu və 8 saata yaxın davam etdi. Anam mənim donor olduğumu bilmir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın "vurulan" məşhur icra başçıları hardadır? (SİYAHI)
İlham Əliyevdən qərar - Bu nazirlik LƏĞV EDİLDİ
DİN: "Bu il Azərbaycanda adamların girov götürülməsi faktı qeydə alınmayıb”
Bakıda koronavirusa ən yüksək yoluxma olan rayonlar AÇIQLANDI
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevə telefonla zəng etdi
Ramil Usubov əsgərlərlə birlikdə nahar etdi - FOTO
“İşə gələrkən yolda onu dinlədim, zövqümü oxşadı” - Əli Həsənov