Azərbaycanda maraqlı hadisə: 4 ildir dünyasını dəyişən şəxs radara düşdü - FOTO
Azərbaycanda qəribə hadisə baş verib. 4 ildir dünyasını dəyişən şəxs bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb.
“Minval.info” Baku.ws-ə istinadən xəbər verir ki, radara düşən mərhumun həyat yoldaşı Zakirə Zakirqızının bildirdiyinə görə, bununla bağlı yaşadıqları ünvana Baş Dövlət Yol Polisi İdarəsindən məktub göndərilib:
“Dünən mərhum həyat yoldaşım Mirzəquluzadə Elxan Balağa oğlunun adına Baş Dövlət Yol Polisi İdarəsindən məktub gəlib. Fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara düşüb. Sonra da idarə etdiyi “Nissan Patrol” avtomobili texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib.”
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Zakirə xanım həyat yoldaşının həyatda olmadığını deyir və baş verənləri anlamağa çalışır:
“DYP-nin başbilənlərinə deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt NİSSAN PATROL maşınımız olmayıb. Hətta öz adına belə kiminçüsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür; birdən bu maşın kimisə vurub, öldürdü, məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyaslnı dəyişmiş yoldaşım”?
Qeyd edək ki, Zakirə Zakirqızı jurnalistdir. Hazırda Xəzər TV-də çalışır.
“Minval.info”


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar