Azərbaycanda məmura cinayət işi açılıb - Rüşvət üstündə
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq əməkdaşı Hafiz Ağamalıyev barəsində cinayət işi başlanıb.
APA-nın məlumatına görə, H.Ağamalıyevə Cinayət Məcəlləsinin 312.2-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində H.Ağamalıyevlə bağlı aparılan cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, H.Ağamalıyev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Sabunçu rayon şöbələrində çalışıb.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var