Azərbaycanda məhkəmə prosesləri videoya çəkiləcək - VİDEO
Minval.info // Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.
Hüquqşünas Xəyal Bəşirov sözügedən fərmanı baku.tv-yə şərh edib. Onun sözlərinə görə, bu fərman ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyır.
Fərmanda məhkəmə hakimiyyətinin toxunulmazlığı və şəffaflığı, məhkəmələrdə çəkişmə prinsipinin qorunması, məhkəmə hakimlərinin qeyri-professional münasibətlərə girməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi əks olunub.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
O, məhkəmə proseslərinin audio və videoyazılarının həyata keçirilməsi və məhkəmə protokollarının həmin audio və videoyazıya uyğun tərtib olunması ilə bağlı tədbirlərin fərmanda qeyd olunduğunu deyib.
Qeyd edək ki, bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda