Azərbaycanda kriminal avtoritetin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah saxlama və satmaqda təqsirləndirilən Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Oxu.Az xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 3-nə təyin edilib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Qeyd edək ki, uzun müddət axtarışda olan A.Rüstəmov ötən ilin fevralında Moskvada həbs olunub. O, Rusiyada mütəşəkkil cinayətkar dəstənin lideri kimi tanınır.
A.Rüstəmova qarşı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, A.Rüstəmov kriminal avtoritet kimi tanınır.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var