Azərbaycanda koronavirusa yoluxan bölgələr müəyyənləşdi – Yasamal rayonu birincidir
Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib.
Pandemiyaya yoluxanlardan 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.
Bakının digər rayonları üzrə göstəricilər:
Xətai rayonu – 13, Səbail rayonu- 10, Qaradağ rayonu – 9, Sabunçu rayonu – 7, Suraxanı rayonu – 5, Pirallahı – 2, Xəzər rayonu – 3, Nizami rayonu – 2, Qeyri-müəyyən – 6
Azərbaycanın bölgələrinə gəldikdə isə, bu göstərici ən çox Lənkəranda (18) və Cəlilabaddadır (15). Koronavirusa yoluxanlardan 98 nəfəri isə ölkə xaricindən gələnlərdir.
Digər bölgələr üzrə göstəricilər:
Salyan – 12, Qusar – 9, Tovuz – 5, Neftçala – 4, Astara – 3, Naftalan – 3, Daşkəsən – 3, Füzuli – 3, Xaçmaz – 3, Zaqatala – 3, Ucar – 3, Ağdam – 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar – 1.
Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir. Məlumatlar koronavirusinfo.az saytında yayımlanıb.
(qafqazinfo)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
