Azərbaycanda kişi həyətində ayı saxlayırmış (FOTOLAR)
Quba rayonunda həyətində ayı saxlayan kişi aşkarlanıb.
“Minval.info” DİN-ə istinadən xəbər verir ki, rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.
Həmçinin A.Zeynalova məxsus həmin təsərrüfa baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd “Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. Qanunsuz olaraq qəfəsdə saxlanılan ayının əhalinin həyat və sağlamlığına zərər verməsinin qarşısının alınması və təbiətə qaytarılması istiqamətində müvafiq qaydada qanuna uyğun tədbirlər həyata keçirilir.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar