Azərbaycanda keçmiş polisi namaz qılarkən arvadı bıçaqlayıb - İddia
“Səni axtarıram” verilişində keçmiş polis əməkdaşı Fuad Qazax oğlu Həsənovun axtarışı zamanı maraqlı detallar ortaya çıxıb.
“Ölkə.Az” xəbər verir ki, F.Həsənovun atası Qazax Həsənov keçmiş gəlini Sultan Həsənovanı oğlunun itkin düşməsində təqsirli bilib. Qaynata iddia edib ki, S.Həsənova oğluyla evli olarkən onu bıçaqlayıb:
“Oğlum dedi ki, ata, mən namaz qılanda Sultan bıçağı böyrümə soxdu. Amma bıçaq yarasının yerini mənə göstərmədi”.
S.Həsənova keçmiş qayınatasının iddialarını qəbul etməyib:
“İyirmi altı il namusumla övladlarımı böyütmüşəm. Fuad iyirmi il polisdə işləyib. Səhər çıxırdı, gecə 12-də evə gəlirdi. Evin işlərini, övladlarımızın problemlərini mən həll etmişəm. Hətta üç il qaynatamın 125 yaşlı anasına da qulluq etmişəm. Allah mənə qarşı edilən haqsızlığı götürməsin”.
Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan F.Həsənov təxminən bir ay əvvəl evdən çıxıb. O, bir müddət öncə Gəncə şəhərində yaşca özündən xeyli kiçik olan qadınla nikaha daxil olub. Verilişin sonunda naməlum şəxs studiyaya zəng vuraraq F.Həsənovun indiki həyat yoldaşının onun yerini bildiyini söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır