Azərbaycanda kəpənəklərin kütləvi artması ilə bağlı açıqlama
Bu gün səhər saatlarından Bakı, Sumqayıt, Xırdalan, Biləcəri ərazisində kəpənəklərin sayında kütləvi artım müşahidə edilir. Mənzərə insanlarda sual doğurub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AMEA Zoologiya İnsitutunun kiçik elmi işçisi Nigar Yusifova bildirib ki, kəpənəklərin sayındakı artımın əsas səbəbi miqrasiyadır.
“Hazırda kəpənəyin “vanessa cardui” adlı növünün Afrikadan Aralıq və Qara dəniz üzərindən Avropa istiqamətinə kütləvi miqrasiya etdiyi vaxtdır. Bu növ kəpənəklər beş min kilometrə qədər miqrasiya etmək qabiliyyətinə malikdirlər.
Azərbaycanın da Qara dənizə yaxın olduğunu nəzərə alsaq, ölkədə kəpənək artımını müşahidə etmək normaldır. Bizimlə bərabər, Türkiyə, İsrail və Kiprdə də kütləvi artım müşahidə edilir. Kəpənəklər arılardan sonra əsas tozlandırıcılardır.
Hazırda ölkə ərazisində olan kəpənəklərin hər hansı bir fəsadı yoxdur. Adətən, kəpənəklərin bəzi növlərinin qoyduğu yumurtadan çıxan tırtıllar kənd təsərrüfatına ziyan vurur. Lakin “vanessa cardui” növü kənd təsərrüfatı ziyanvericisi kimi göstərilmir. Onlar qanqal bitkisi üzərində yaşayırlar. Eyni zamanda, ağacların üzərində də görmək olar”, – deyə Nigar Yusifova bildirib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baş Nazir icra başçılarına çağırış etdi
Yol polisi sürücülərə müraciət edib
Bakıya yeni metro qatarı gətirilib
İlham Əliyev 4 sərəncam imzaladı
Şirvan Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir - SİYAHI