Azərbaycanda istilik rekordu: Şənbə günü çimərliklər dolacaq!
Azərbaycanda bu şənbə günü hava temperaturunun 39 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəz olunacaq.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə saatlarında havanın temperaturu 22-25° arasında dəyişəcək, gündüz isə 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Ölkənin müxtəlif rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə günorta saatlarında qısamüddətli yağış və şimşək çaxması ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq bölgələrdə duman müşahidə oluna bilər. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz isə 34-39° arasında dəyişəcək. Dağlıq ərazilərdə gecə 14-19°, gündüz isə 23-28° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026