Azərbaycanda internet probleminin səbəbi nədir? - CAVAB
Səhər saatlarından ölkə ərazisində internetlə bağlı ciddi problemlər yaranıb.
Minval.info xəbər verir ki, Bakının bir neçə rayonunda internet olmayıb və mobil trafikdə də problemlər yaşanıb. İnternet vasitəsilə işləyən bir çox servis qurumunda, taksi sifarişlərində ciddi ləngimələr baş verib.
Provayderlər heç bir açıqlama verməsələr də, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz internetin itməsinin səbəbini belə izah edib:
“Bakıda “AzerTelecom”dan internet alan bir neçə provayder var. Problemlər məhz orada baş verib. Yaranmış problem qısa müddət ərzində həll olunub. Məhz bu səbəbdən Bakıda bir neçə rayonda internet olmayıb”.
Qeyd edək ki, 2016-ci ildə “Delta Telecom”un kabellərinin yanması nəticəsində Bakıda internet iflic olmuşdu. Hər kəs oxşar bir hadisənin baş verəcəyindən qorxsa da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internetin ötürülməsinin bərpa edildiyini bildirib.
Xatırladaq ki, keçən həftə Mavritaniya da 2 gün internetsiz qalmışdı. Buna səbəb isə həmin ərazidə internet təmin edən sualtı kabellərin qəsdlə kəsilməsi olub.
Dəniz
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov: Təhsildə keyfiyyət ön planda olmalıdır
Turan Tovuz və Qarabağ evdə qələbə axtarır
Neftçi SOCAR 3x3 basketbolda yarımfinala yüksəldi
Şuşa qayalarına yazı yazanlar cəzalandırıldı
Çağdaş qəzetçilik: Sosial medianın yüksəlişi
Dağlıq bölgələrdə qısamüddətli yağış və şimşək
Lütfi Zadənin anım günü: Dahinin izi qalır