Azərbaycanda ilk dəfə kriptovalyuta müsadirə edildi
Azərbaycanda ilk dəfə olaraq kriptovalyuta dövlət nəfinə müsadirə edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Minval.info xəbər verir ki, bu prosesdə Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən, ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana gizli köçürülməsi fəaliyyətində təqsirli biliniblər.
B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum edilib. Eyni zamanda, məhkəmə qərarı ilə “Binance” beynəlxalq virtual aktiv xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan alət və vasitələrin, cinayət yolu ilə əldə olunan əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur. Bu hadisə, kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsinin icrası mexanizmi baxımından yenilikdir və mediada geniş müzakirə mövzusudur.
Azərbaycanda virtual aktivlər və kripto bazarlarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanunun qəbul edilməsi istiqamətində intensiv işlər aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rüfət Səfərovun apellyasiya şikayəti rədd edildi
İsrail-Suriya danışıqları: Gərginlik azaldılacaqmı?
Xətaidə yanğın törədən şəxs saxlanıldı
İrandan Azərbaycana narkotik keçirmək cəhdi ifşa edildi
Elvin Məmmədovun müəmmalı ölümü: Bayramın qardaşı öldü
Sükan arxasında telefon təhlükəsi: BDYPİ xəbərdarlıq edir
Adanada dini təşkilata geniş əməliyyat: Rəhbərlik həbsdə