Azərbaycanda iki məşhur şirkət bir-birini məhkəməyə verdi
Azərbaycanda iki məşhur şirkət arasında distrübütorluqla bağlı kəskin problem yaranıb.
“Qafqazinfo”nun məlumatına görə, bir çox xarici brendlərin məhsullarının ölkədə satışını təşkil edən “İtaldizayn” və “Casamia” şirkətləri qarşılıqlı olaraq bir-birini məhkəməyə veriblər. Hər iki şirkət digəri barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıblar.
Məlumata görə, tərəflərdən biri digərini rəsmi distrübütor olmadığı halda Azərbaycana xaricdən gətirilən məhsulları satmaqda ittiham edir.
“İtaldizayn”ın iddiasına görə, “Casamia” şirkəti onlara məxsus olan qab-qacaq məhsullarını Azərbaycan bazarında icazəsiz satır. Şirkət buna görə qarşı tərəfdən 150 min manat tələb edir. “Casamia” isə “İtaldizayn”ı onların distrübütoru olduğu şirkətin hamam-santexnika mallarını icazəsiz satmaqda günahlandırır. Onların tələbi isə 250 min manatdır.
Hazırda hər iki tərəfin iddiasına məhkəmədə baxılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
Bakıda maşın bazarında sürücülərə əlavə ödəniş şoku!
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir
Ahıllara qayğı: Mərkəzlərdə artan müraciətlər