Azərbaycanda iki arvadı və uşaqları ilə qəbiristanlıqda yaşayan kişi - "Olsa, birin də saxlayaram" (VİDEO)
Amil Xəlilin təqdimatında yayımlanan “Space” Tv-nin “Olar:? Olmaz!” verilişində ötən gün inanılmaz anlar yaşanıb.
Minval.info bildirir ki, qəbiristanlıqda bir ailənin 3 azyaşlı ilə yaşadıqları barədə xəbər tutan aparıcı sözügedən əraziyə yollanıb. Amil Xəlilin ailə başçısı ilə söhbəti zamanı məlum olub ki, onun iki həyat yoldaşı var.
Onların hər ikisi də yanında – qəbiristanlıqda qalır. İki uşaq birindən, bir uşaq digərindəndir. Xanımlar bəydən çox razı qaldıqlarını, amma küçə həyatından yorulduqlarını dilə gətiriblər. Qadınlar isə problem olmadan aralarında mehribanlıq hökm sürür.
Qeyd edək ki, xanımlar iş olduqda restoranlarda qab yuyaraq pul qazansalar da, bu, ailəni küçədən xilas etmir. Ailə başçısı Sahib Ələkbərov isə əlilliyi ucbatından çalışa bilmir. Onun ailəsinə qonşuları yardım edir.
Həmin anları sizə təqdim edirik:
https://www.youtube.com/watch?v=DIj6p-ET-D4
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir
