"Azərbaycanda hələ də Aşura günü ənənəsi yaşadılır" - Allahşükür Paşazadə
“İllər keçməsinə baxmayaraq, Azərbaycanda hələ də Aşura günü ənənəsi yaşadılır. Ancaq zəncirvurma, başyarma, qançıxarma məsələləri halları bəyənilmirdi”
Minval.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
Şeyxülislam bildirib ki, buna görə qərara gəlindi ki, bunların əvəzinə qanvermə aksiyası keçirilsin: “Qanvermə aksiyasında öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Şeyxülislam qeyd edib ki, hazırda Azırbaycanın bir çox məscidlərində də qanvermə aksiyası keçirilir:
“Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə geniş vüsət alıb. Hesab edirəm ki, bu savablı işdir. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə də baş sağlığı diləyirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda