Azərbaycanda gündəlik 50-100 jurnalistin vaksinasiyası planlaşdırılır
“Yaşı 18-dən yuxarı olan bütün jurnalistlər könüllülük əsasında peyvənd oluna bilərlər”.
Minval.info xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Belə planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Hələlik bu günə olan məlumata əsasən, peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır. Birmənalı olaraq, dünyanı bürüyən bu virusdan qorunmaq üçün peyvənd olunmalıyıq” – o bildirib.
Qeyd edək ki, bu gündən Azərbaycanda media işçilərinin koronavirusa (COVID-19) qarşı vaksinasiyasına başlanılıb. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronaVAC” vaksini vurulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir