Azərbaycanda güclü-dağıdıcı zəlzələ ola bilərmi? - RƏSMİ AÇIQLAMA
Son günlər ölkə ərazisində seysmoloji aktivlik müşahidə olunur. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Minval.info xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan təkanların çoxu hiss olunmayan, zəif təkanlardır.
Xəzər dənizində qeydə alınan zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub. Yəni bu göstərici Azərbaycana, seysmoaktiv bölgəyə xas olan əlamətlərdir. Odur ki, qorxulu bir şey yoxdur.
Qurban Yetirmişlinin sözlərinə görə, tektonik hərəkətlər daimi var və onların nəticəsində zəif təkanlar olur. Hazırda baş verə biləcək güclü-dağıdıcı zəlzələ üçün elə bir aktiv bölgə yoxdur. Yəni, nisbi olaraq bu və digər bölgələrdə tektonik qırılmalar zamanı baş verən zəlzələlər qorxulu deyil.
Direktor qeyd edib ki, mərkəzin stansiyaları gündəlik, mütəmadi, fasiləsiz müşahidələr aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"