27.01.2019 - 12:56
Kriminal 23 baxış

Azərbaycanda gənc oğlan özünü tüfənglə vuraraq öldürdü

Samux rayonunda intihar hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Poylu kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Alıyev Nürəddin Mülayim oğlu yaşdığı evdə ov tüfəngi ilə özünü vuraraq öldürüb. İntiharın səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: