Azərbaycanda dörd nəfər insan alverinə görə axtarışa verilib, üçü əcnəbidir - SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında 2019-cu ilin birinci yarısı üzrə insan alveri ilə bağlı cinayət əməllərinə görə axtarışa verilən şəxslərin siyahısı dərc olunub.
Oxu.Az xəbər verir ki, cari il bu cinayət əməlinə görə dörd nəfər axtarışa verilib.
Bunlar Türkiyə vətəndaşları – 1971-ci il təvəllüdlü Gursen Tarkan və 1992-ci il təvəllüdlü Solun Doğan, İran vətəndaşı, 1962-ci il təvəllüdlü Taheri Mahmoudi Mohsen, Azərbaycan vətəndaşı, 1957-ci il təvəllüdlü Ceyranlı Fərman Cahan oğludur. Onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi (144-1) ilə 2019-cu ildə axtarış elan olunub.
Fərman Ceyranlı və Taheri Mahmoudi Mohsen İnterpol vasitəsilə beynəlxalq axtarışdadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"