Azərbaycanda daha bir yol çökdü - SƏBƏB
Ötən gün axşam saatlarında Sumqayıtın 20-ci məhəlləsi, Kamran Hüseynov küçəsində yol çöküb.
Minval.info xəbər verir ki, həmin istiqamətdə avtomobillərin hərəkəti dayanıb və alternativ yoldan istifadə edilir. Aidiyyəti qurumlar əraziyə baxış keçirib. Yolun çökməsinə kanalizasiya borusunun partlamasının səbəb olduğu məlum olub.
Sumqayıt Sukanal idarəsinin rəis müavini Qurban Mikayılov bildirib ki, magistral yolun altından keçən və 1950-ci ildə istismara verilmiş və istismar müddətini keçmiş 600 millimetr diametrli kanalizasiya borusu partlayıb və bu da yolun dağılmasına gətirib çıxarıb:
“Bu boruların 30-35 il ömrü var. Deformasiyaya uğrayıb, bunlar dəyişilməlidir. Ümumiyyətlə şəhərdə belə çətinliklərimiz var. Bu küçədə bir neçə il bundan qabaq da yol çöküb. Yaxın zamanda yaranan problem aradaqn qaldırılacaq və avtomobillərin hərəkəti bərpa olunacaq”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!
Qeşm adasında partlayış səsləri: Gərginlik artır