Azərbaycanda daha bir özəl kanal fəaliyyətə başlayır - EKSKLÜZİV
Azərbaycanda daha bir özəl kanal fəaliyyətə başlayır.
Hazırda yeni heyətin yığım prosesi davam edir. Hətta bəzi tanınmış jurnalistlər artıq kanala dəvət edilib və anlaşmalar qurulub.
Yeni kanalın adı artıq bəllidir. İnternet üzərindən yayımlanacaq kanalın adı “Cavan TV” olacaq. Bu ad da təsadüf deyil. Yeni internet televiziya “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin nəznində yaradılır.
“Belə belə işlər” kimi bir neçə layihəni özündə birləşdirən birlikdə maarifləndirmə, təbliğat və gənclərə dəstəklə məşğul olunur. Yerli mediada kanal rəhbərinin keçmiş ANS telekanalının tanınan əməkdaşı Ülvira Qarayeva olacağı yazılıb.

Amma Minval.İnfo-un əldə etdiyi özəl məlumata əsasən Ü.Qarayeva “Cavan TV”-də baş prodüser kimi fəaliyyət göstərəcək. İnternet televiziyasının rəhbərliyinə isə rəhbər kimi daha təcrübəli olan “Trend” informasiya agentliyində Beynəlxalq əlaqələr üzrə şöbənin baş direktorunun müavini vəzifəsində çalışan Elçin Hüseynov gətirilir.

“Cavan TV”-də əsasən mədəniyyət, maarifləndirmə və əyləncə tipli xəbərlər veriləcək. Gənclərin maraqları nəzərə alınacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir