Azərbaycanda daha bir dəm qazı faciəsi - Bakıda 2 körpə boğularaq öldü - FOTO

Minval.İnfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, azyaşlı uşaqlar- Dinarə Qüdrətova və Binyamin Qüdrətov qazdan boğularaq vəfat ediblər.
Hadisə Bakı şəhərində baş verib. Məlumata görə, evə gələn ata İmran Qüdrətov həyat yoldaşı ilə uşaqlarını halsız vəziyyətdə aşkarlayaraq onları xəstəxanaya aparıb. Azyaşlıların həyatını xilas etmək mümkün olmayıb. Ana hazırda xəstəxanadadır.
Bacı ilə qardaş Astara rayonunun Şüvi kəndində dəfn olunublar.
Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Onlar – Rafiq Hüseynov (baba), Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı
Şuşada turistlərin qayalara ziyanı narahatlıq yaradır