Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
“Minval.info”ya daxil olan məlumata görə, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kürdəmirdə şəhid təhqir olundu: Yerli qurumlar susur
Bakıda müğənni səhnədən pul səpdi - VİDEO
Azərbaycanda bu məhsullar bahalaşdı