Azərbaycanda daha 113 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, kəskin böyrək çatışmazlığı, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1961-ci il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 3387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2055 nəfər müalicə olunaraq sağalıb, 40 nəfər vəfat edib, 1292 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 45 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 235.910 test aparılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026