Azərbaycanda dəbdən düşən adlar: Lalə, Davud... - SİYAHI
Azərbaycanda bəzi insan adları var ki, artıq yeni doğulan uşaqlara həmin adların verilməsi dəbdən düşür.
Oxu.Az-ın xəbərinə görə, son beş ildə (2014-2018) Davud adı ən az qoyulan adlar siyahısında liderlik edir.
Belə ki, bu illərdə 1337 uşağa Davud adı qoyulub. Bu adın verilməsi ildən-ilə azalıb.
Bir zamanlar məşhur olan Fuad adı da artıq dəbdən düşənlər siyahısındadır.
Müvafiq illərdə 1280 uşağa Fuad, 1270-nə Sənan, 1260-na Fateh, 1211-nə Miray, 1193-nə Sübhan, 1164 nəfərə isə Bahar adı qoyulub.
Ən az qoyulan adlar siyahısında son üçlük isə qız adlarıdır.
Belə ki, 2014-2018-ci illərdə 1150 nəfər Əsnad, 1143 nəfər Aişə, 1141 nəfər qız uşağına isə Lalə adı qoyulub.
Qeyd edək ki, yuxarıda sadalanan adların qoyulma halları 2014-cü ildən 2018-ci ilə doğru azalma ilə müşahidə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Deputat polislərin maaşlarının 2 dəfə artırılmasını təklif edib
Güc strukturları əməkdaşlarının maaşı artırıldı
Yağış yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi
Korrupsiya cinayətlərində 49 milyon 153 min manat ziyan ödənib