Azərbaycanda bu kəndlərin adı dəyişdirildi — SIYAHI
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü bir sıra qəsəbə və kəndlərinin adlarının dəyişdirilməsi haqqında Qanunu imzalayıb.Minval.info xəbər verir ki, Qanuna əsasən adları dəyişdirilən yaşayış məntəqələri Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarında yerləşir.
Dəyişikliklər aşağıdakı kimidir:
Ağsu:
Gürcüvan kəndi – Xanbulaq
Astara:
Qamışovka kəndi – Qamışoba
Goranboy:
Ağamalıoğlu kənd – Düzqışlaq
Əzizbəyov kəndi – Kəhrizli
Göygöl:
Xanlar qəsəbəsi – Ağdağ
Mixaylovka kəndi – Bənövşəli
Xaçmaz:
Alekseyevka kəndi – Çaykənarı
Müqtədir qəsəbəsi – İstisu
Krasnı Xutor kəndi – Şıxlı
Xızı:
Çistı Klyuç kəndi – Safbulaq
Şuraabad qəsəbəsi – Şorabad
Qazax:
Kommuna kəndi – Bala Çaylı
Quba:
Novonikolayevka kəndi – Çaydüzü
Qusar:
Şirvanovka kəndi – Şirvanlı
Masallı:
Kalinovka kəndi – Viləş
Oğuz:
Astraxanovka kəndi – Çaldaş
Vladimirovka kəndi – Çayqovuşan
Saatlı:
Xanlarkənd kəndi – Nabatkənd
Qarayevkənd kəndi – Orta Muğan
Samux:
Lüksemburq kəndi – Köbər
Qırmızı Samux qəsəbəsi – Qaraağaclı
Əli Bayramlı kəndi – Sarıqaya
Şəmkir:
Qasım İsmayılov kəndi – Ağlavaşlı
Muxtariyyat kəndi – Qədimqala
Yevlax:
Bünyadabad kəndi – Yeni Çobankərə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ADNSU-da süni intellekt üzrə yüksək maaşlı vakansiya
Bakı-Sumqayıt qatarı hələ də yola çıxmır!
Qarabağ atlarına dövlət dəstəyindən min manat subsidiya
Nərimanova ekspress avtobuslar: Yeni nəqliyyat imkanları!
Ana qolları olmayan körpəsindən imtina etdi
Şeyxülislam Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib?
Bakının bəzi ərazilərində işıq kəsiləcək!