Azərbaycanda bir milyon manata retro avtomobil satılır – Video
Ağstafa rayonunun Köçəsgər kənd sakini Tural Abbasəliyev atasına hədiyyə edilən “Çayka” markalı avtomobili 30 ildir göz bəbəyi kimi qoruyur.
Avtomobilin mühərrik həcmi 5.5 litr, avtomat ötürücü və geniş salona malikdir.
1973-cü ildə istehsal edilən bu avtomobil qeyri-adi görünüşü ilə diqqət çəkir. Bu avtomobil öz dövründə dövlət və hökumət adamları, nazirlər üçün nəzərdə tutulub.
Hazırda retro avtomobil kimi dəyərləndirilən bu maşına yüksək qiymət təklif etsələr də, sahibi onu satmaq istəməyib. Çünki sahibi onu fantastik qiymətə – bir milyon manata satmaq niyyətindədir.
Rusiyanın Qorki avtomobil zavodunun istehsalı olan bu maşın görənlərin marağına səbəb olur. Hətta onunla şəkil çəkdirənlər də olur. Toy, klip, film çəkilişlərinə də dəvət az deyil. Tural “Çayka” avtomobili ilə paytaxtdakı retro avtomobil sərgilərinə də qatılmaq istəyir.
https://youtu.be/HI2oIsvKK0k
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünyanın ən zənginlərinin yeni reytinqi - Ələkbərov siyahıda
Boş plastik qabları pula çevirən fandomatlar Bakıda - Foto
Burundan çıxan qalıqları atmayın, xeyirdir... - Alimlərdən qəribə araşdırma
FİFA prezidenti də Nüsrətin qonağı oldu — FOTOLAR
Çində "Range Rover"in 10 dəfə ucuz variantı hazırlanıb - FOTO
Rəqqasəni açıq-saçıq geyiminə görə ölkədən qovurlar