02.04.2018 - 15:36
Ölkə
15 baxış
Azərbaycanda bir ailənin 7 üzvü bir gündə dəfn edildi
Minval.İnfo lent.az-a istinadən xəbər verir ki, Gərmətük kəndi ərazisində 99-BJ-224 dövlət nömrə nişanlı “Ford Cargo” markalı yük avtomobilinə çırpılan 42-BS-634 dövlət nömrə nişanlı “Mitsubishi Pajero İO” markalı minik maşınında həlak olan və bir ailənin üzvü olan şəxslər Ləj kənd qəbiristanlığında dəfn edilib.
Bildirilir ki, Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsindən yaxınlarına təhvil verilən meyitlər əvvəlcə kənd məscidinə gətirilib. Daha sonra onlar dəfn edilib.
Qeyd edək ki, 7 nəfərlik ailədən Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanova hadisə yerində ölüb. Maşından yalnız 7 yaşlı Aslanov Ülvi Faiq oğlu sağ çıxıb və o, xəstəxanaya yerləşdirilib. Lakin 1 gün sonra Aslnov Ülvi Faiq oğlu xəstəxanada vəfat edib. O da artıq dəfn edilib.
Bildirilir ki, qəzada vəfat edənlər Bakıda yaşayırmış və rayonda infarkt keçirmiş yaxın qohumlarına baş çəkməyə, daha sonra isə toy məclisində iştirak etməyə gedirmiş.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
05.09.2026 - 21:22
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
05.09.2026 - 21:01
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
05.09.2026 - 20:19
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
05.09.2026 - 18:27
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
05.09.2026 - 17:24
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
05.09.2026 - 16:21
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı
05.09.2026 - 16:14
Şuşada turistlərin qayalara ziyanı narahatlıq yaradır
05.09.2026 - 16:07
