Azərbaycanda benzinin qiyməti qalxacaq? - AÇIQLAMA
Bir neçə gündür cəmiyyətdə avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı müzakirələr gedir. İddialara görə, sentyabr ayından Aİ 92 markalı benzinin qiyməti 90 qəpikdən 1 manata, Aİ 95 markalı benzinin qiyməti isə 1,25 manatdan 1,35 manata qalaxacaq. Maraqlıdır, görəsən bu iddialar təsdiqini tapacaq?
Minval.info xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, sosial şəbəkələrdə benzinin qiymətinin qalxması ilə bağlı müzakirələr gedir, amma rəsmi olaraq elə bir məlumat yoxdur.
“Hazırda Azərbaycanda benzinin qiymətinin qalxmasına elə bir ehtiyac yoxdur. Azərbaycanın dövlət büdcəsində kifayət qədər vəsait var. 45 milyard dollara yaxın ehtiyatımız var. Ona görə də benzinin qiymətinin artmasına ehtiyac yoxdur”.
Deputat bildirib ki, benzinin qiymətinin artması bütün məhsulların qiymətinin artmasına səbəb olur.
“Belə hesab edirəm ki, hələlik bu məsələyə toxunmaq olmaz. Əhalinin maaşını, pensiyasını, sosial təminatını nəzərə alaraq hələlik bu məsələni saxlamaq lazımdır. Cəmiyyətdə belə müzakirələr getsə də, rəsmi orqanlardan bu barədə heçnə eşitməmişəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kanadada yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etiraz edib FOTO
Türkiyə Çindən peyvənd almağa hazırlaşır
Ermənilər Şuşaya da atəş açır - II "Qisas" əməliyyatı hər an başlaya bilər!
Bakirəliyini satışa çıxaran Məhbubə - Dünya ondan danışır - FOTOLAR
İki azərbaycanlı milyarderin savaşına Bakıdan reaksiyalar
Əbülfəz Elçibəyin xanımı torpağa tapşırıldı - FOTOLAR