Azərbaycanda alqı-satqı saytında şok elan: "Uşaq verilir" - FOTO
Azərbaycanda tanınmış alqı-satqı saytlarından olan lalafo.az-da şok effekti doğuran qəribə elan yerləşdirilib.
Minval.İnfo Milli.Az-a istinadən xəbər verir ki, aprelin 17-də, saat 12:04-də saytda yerləşdirilmiş elanda dörd körpə uşaq şəkli yerləşdirilib və üzərində də “uşaq verilir” yazılıb.
Elanda satıcının əlaqə nömrəsi göstərilsə də, başqa məlumatlar yer almır.
Məsələ ilə bağlı göstərilən nömrənin sahibi ilə əlaqə saxlayıb. Sualımızı cavablandıran telefonun sahibi olan xanım qeyd edib ki, onun bu elandan xəbəri yoxdur və bunu evin yeniyetmə uşağı zarafat üçün edib: “Bunu uşaq edib, guya zarafat üçün. Buna görə də nə qədər əsəbiləşmişik. Onu danlamışıq. Biz elanı siləcəyik. Bunu ciddi qəbul etməyin. Sadəcə, uşağın bilmədən etdiyi zarafatdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov: Təhsildə keyfiyyət ön planda olmalıdır
Turan Tovuz və Qarabağ evdə qələbə axtarır
Neftçi SOCAR 3x3 basketbolda yarımfinala yüksəldi
Şuşa qayalarına yazı yazanlar cəzalandırıldı
Çağdaş qəzetçilik: Sosial medianın yüksəlişi
Dağlıq bölgələrdə qısamüddətli yağış və şimşək
Lütfi Zadənin anım günü: Dahinin izi qalır



