Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır - Xüsusilə hansı rayonlarda?
Azərbaycanda ən yüksək uzunömürlülük indeksləri dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. 90 yaşını keçmiş insan uzunömürlü hesab edilir. Azərbaycanda uzunömürlülər xüsusilə İsmayıllı, Lerik, Tovuz, Gədəbəy rayonlarında üstünlük təşkil edirlər.
Səhiyyə Nazirliyi Azərbaycanda uzunömürlülərin sayı ilə bağlı Modern.az saytının sorğusunu cavablandırıb.
Səhiyyə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova Modern.az-a bildirib ki, əhalinin yaş strukturuna görə sayı haqqında statistik məlumatlar ildə bir dəfə, hər ilin yekununa əsasən əldə edilir.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
“2019-cu il yanvar ayının 1-i vəziyyətinə ölkə üzrə 100 və yuxarı yaşda əhalinin sayı 880 nəfər olub. 2018-ci ildə Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu göstəricisi əhali üzrə ümumilikdə 75.8 yaş, o cümlədən kişilərdə 73.3, qadınlarda isə 78.2 yaş olub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var