Azərbaycanda 424 kriminal qrup zərərsizləşdirildi
Bu ilin altı ayında mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrup zərərsizləşdirilib.
Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində 2019-cu ilin altı ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında deyib.
Nazir bildirib ki, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfər cinayət məsuliyyətinə cəlb edilib, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitə çıxarılıb və 74 tona yaxın narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var