Azərbaycanda 35 minə yaxın şəxsin pensiyası artırılıb
Yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş və hazırda da işləyən 35 minə yaxın şəxsin pensiyası orta hesabla 137,5 manat artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Minval.info-ya verilən məlumata görə, “Əmək pensiyaları haqqında” qanununun 37.3.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunan şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun əmək pensiyasının məbləği yenidən hesablanır.
Bildirilib ki, həmin şəxsin fərdi uçot sistemindəki fərdi şəxsi hesabında həmin 6 ildə ödənilən sosial sığorta haqqı müqabilində toplanan pensiya kapitalı 72-yə (yəni 6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.
Bununla əlaqədar ötən ilin 1 iyul tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hazırda da işləməkdə davam edən əmək pensiyaçısı kimi 35 minə yaxın şəxs müraciət edib. Onların əmək pensiyasının qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq artırılması təmin olunub.
Yenidən hesablanma nəticəsində həmin vətəndaşların pensiyalarının məbləği orta hesabla 137,5 manat artıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
Nazirliyin xidmətləri üçün e-sorğuya qoşulun!