Azərbaycanda 22 və 23 yaşlı valideynlər beş uşağı atıb
Azərbaycanda ata və ana beş övladını atıb.
Bunu Oxu.Az-a açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, hazırda uşaqlar nənələrinin himayəsindədirlər:
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
“Ötən il uşaqlar Birliyin sığınacağına gətiriliblər. Ananın 22, atanın isə 23 yaşı var. Anası və atası dörd uşağı atıb gediblər. Bir müddət sonra nənə sığınacağa gələrək onları himayəsinə götürdü və özü də bir müddət uşaqlarla sığınacaqda qaldı.
Daha sonra nənəsi uşaqları öz evinə aparıb. Həmin müddətdə qadın bir uşaq da dünyaya gətirib, onu da anasının yanında qoyub gedib”.
M.Zeynalova qeyd edib ki, valideynlər uşaqlarına baş çəkmirlər:
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
“Onların niyə bu cür hərəkət etməsi məlum deyil. Uşaqların xalası deyir ki, atası əvvəllər uşaqları görməyə gəlirmiş və kömək edirmiş, amma indi heç nə etmir.
Sığınacaq bacardığı qədər dəstək göstərməyə çalışır. Geyim, ərzaq köməyi edirik. Nənə olmasa, uşaqlar kimsəsiz qalacaq və körpələr evinə yerləşdiriləcək”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var