Azərbaycanda 14 yaşlı qızın məcburi ərə verilməsinin qarşısı alınıb
Azərbaycanda yeniyetmə qızın məcburi ərə verilməsi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.
Minval.info xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
O, bu gün səhər tezdən edilən zəngdə rayonların birində 14 yaşlı uşağın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılması məlumatını aldığını bildirib.
“Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdüm. Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və ailə nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu gün Milli Dirçəliş Günüdür
Yol polisindən sürücülərə xəbərdarlıq: 1 ay vaxt qaldı
Sülhməramlılar jurnalistlərimizi Xocalıya buraxmadı
Fransa Ukraynaya tank yollayacaq
Samuxda güclü yanğın başlayıb: FHN helikopter və təyyarə göndərdi
Sabirabadda araşdırmalar başlandı - Qarayara xəstəliyinin törədicisi...
Bakıda avtomobillər ucuzlaşıb