03.05.2018 - 08:51
Siyasət
20 baxış
Azərbaycana gələn İsrail turistlərinin sayı 3 dəfə artacaq
Bu il Azərbaycana səfər edən İsrail turistlərinin sayı 3 dəfə artaraq 50 mindən çox olacaq.
Minval.info-nun Trend-ə istinadən məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav İsrail Dövlətinin 70 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, turizm Azərbaycanla İsrail arasında əməkdaşlığın inkişaf etdiyi sahələrdən biridir:
“İsraildən Azərbaycana gələn turistlərin sayı artır və onlar gözəl təəssüratlarla geri qayıdır”.
Diplomat qeyd edib ki, turizmdən başqa Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində də əməkdaşlığı genişləndirir. D.Stavın sözlərinə görə, Azərbaycanda İsrail şirkətlərinin sayı ildən-ilə artır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
05.09.2026 - 14:57
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
05.09.2026 - 14:15
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
04.09.2026 - 21:48
Meloni İtaliyada yeni siyasi rekord qırdı
04.09.2026 - 21:27
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
02.09.2026 - 12:49
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
01.09.2026 - 16:55