11.05.2022 - 11:47
İqtisadiyyat
14 baxış
Azərbaycana daxil olan vəsaitlərin həcmi azalacaq - 1,5 milyard dollar
Millət vəkili Vüqar Bayramov Rusiyadan Azərbayacana pul köçürmə platformalarından birinin bloklanmasına münasibət bildirib.O, Bakupost.az -a açıqlamasında bildirib ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcminin azalacağı gözlənilir.
“Rusiyanın Mərkəzi Bankı il ərzində Rusiyadan Azərbaycana 1 milyard dollardan artıq vəsaitin göndərildiyini bildirir. Eyni zamanda, bank sektorundan kənar ödənişlər də var. Bu baxımdan fərqli hesabatlarda bu rəqəmin illik 1,5 milyard dollar ətrafında dəyişdiyi qeyd olunur. Təbii ki, Rusiyanın özündə alıcılıq qabiliyyətinin, eləcə də gəlirliliyin aşağı düşməsi Azərbaycana göndərilən vəsaitlərin həcminə təsirsiz ötüşməyəcək. Digər tərəfdən həm də köçürmələrdə çətinliklər var. İndiki halda rublla köçürmələrdə ciddi çətinliklər olmasa da, digər valyutalarla köçürmədə çətinliklər müşahidə olunur. Həmçinin Rusiyadan digər ölkələrə köçürmələrdə də çətinliklər olacaq. Bütövlükdə məhz Rusiyaya tətbiq edilən sanksiyalar, iqtisadiyyatında müşahidə edilən son dəyişiklikləri nəzərə alsaq, Rusiyadan ölkəmizə köçürülən vəsaitlərin həcminin azalacağı proqnozlaşdırılır”, – deyə deputat qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
12.09.2026 - 22:53
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
12.09.2026 - 14:36
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
12.09.2026 - 12:37
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
12.09.2026 - 11:48
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
12.09.2026 - 08:25
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
12.09.2026 - 08:04
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə
11.09.2026 - 22:58
Hindistanda bank soyğunçusu bibər tozuyla yaxalandı
11.09.2026 - 20:38