21.08.2018 - 09:54
İdman
24 baxış
Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışda
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb.
Azarkeşlər sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini bu gündən əldə edə bilərlər.
Üç kateqoriya üzrə biletlərin qiyməti 2 – 5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir.
Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan – Malta (14 oktyabr) və Azərbaycan – Farer adaları (17 noyabr) oyunlarının biletinə 50% endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir və Sky Box biletlərinə şamil olunmur.
Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu 20:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
13.09.2026 - 13:21
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
12.09.2026 - 16:35
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
11.09.2026 - 18:53
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
11.09.2026 - 09:54
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
11.09.2026 - 08:58
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
10.09.2026 - 20:22
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
10.09.2026 - 18:02