Azərbaycan Yazıçılar Birliyində yeni qurum yaradılıb
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Səhnə” yaradıcılıq qurumu fəaliyyətə başlayıb.
“Report” xəbər verir ki, bunu AYB-nin katibi Rəşad Məcid bildirib.
O deyib ki, Birliyin Gənclər Katibliyi və Dramaturgiya bölməsinin təşəbbüsü ilə yaradılan qurumun əsas məqsədi istedadlı gənc dramaturqların üzə çıxarılmasına qayğı göstərmək və onların formalaşmasını təmin etməkdir.
R.Məcid qeyd edib ki, yeni yaradıcılıq qurumunun üzvləri qarşısında tanınmış söz və sənət adamlarının çıxış, mühazirə və ustad dərslərinin keçirilməsi, habelə müzakirə, diskussiya və debatların təşkili nəzərdə tutulur: “Səhnə” yaradıcılıq qurumunun tədbirlərində dramaturgiyaya marağı olan şəxslər, o cümlədən ssenarist və rejissorlar iştirak edə bilərlər. Qurum gələcəkdə öz “praktik-vizual” tədbirlərinin bir qismini teatrlarda və kinostudiyalarda reallaşdırmaq niyyətindədir”.
Dramaturq Firuz Mustafa yaradıcılıq qurumunun rəhbəri təyin edilib. Məsul katib vəzifəsi isə rejissor Nicat Qəribə həvalə olunub.
Qurumun ilk tədbiri oktyabrın 29-u saat 12-də AYB-nin Natəvan klubunda keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi