Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.
Minval.info bununla bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən məlumat verir. Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 mart 2016-cı ildə Ankarada imzalanan “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişi təsdiq edib. Türkiyə Prezidenti Azərbaycanlı əməkdaşlıq istiqamətində mühüm addım olan bu sənədi 27 iyun 2020-ci il tarixdə təsdiqləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Sazişi 20 may 2016-cı ildə təsdiq edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026