Azərbaycan və İran nəqliyyat məsələlərini müzakirə edib
Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranın Astara şəhərində səfərdə olub.
Minval.info bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan nümayəndə heyəti İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İki ölkə arasında imzalanmış, Astaradakı dövlət sərhəd-keçid buraxılışı məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib.
Səfər zamanı nümayəndə heyəti, həmçinin tikiləcək körpünün ərazisinə, Astara (İran) Terminallar Kompleksinə baxış keçirib, bu kompleksin yükaşırma imkanlarının artırılması ilə bağlı danışıqlar aparılıb. Danışıqlar zamanı birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşacaq - VİDEO
Azərbaycan nefti ucuzlaşdı
Mərkəzi Bank devalvasiyaya hazırlaşır? - Elman Rüstəmovdan açıqlama
“Mercedes” hibrid avtomobillərdən imtina edəcək
Ölkəyə gətirilən bəzi materiallar gömrük rüsumundan azad edildi
"Rabitə Bank"dan müştərilər niyə pullarını geri çəkir?
ABŞ-ın dövlət büdcəsinin kəsiri 625 milyard dollara çatıb